Media: Qəzzanın yenidən qurulması üçün xüsusi fond yaradılacaq

Bakı, 4 mart, ARHD.AZ



Media: Qəzzanın yenidən qurulması üçün xüsusi fond yaradılacaq


Qəzza zolağının yenidən qurulması ilk mərhələdə 2 milyard dollardan 5 milyard dollara qədər investisiya yatırılacaq xüsusi fonddan maliyyələşdiriləcək.

ARHD.AZ xəbər verir ki, bu barədə “Əl Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, sözügedən fonda ərəb ölkələrinin adı açıqlanmayan nümayəndələri rəhbərlik edəcək. Anklavın yenidən qurulmasına müəyyən “Ərəb-Avropa komitəsi” nəzarət edəcək.

Telekanalın mənbələri, həmçinin iddia edir ki, ilk mərhələdə yollar təmir olunacaq, infrastruktur yaradılacaq və ixtisaslaşdırılmış təşkilatlar anklav ərazisinin minalardan təmizlənməsi ilə məşğul olacaq. Qahirənin təklifində Qəzzada müharibədən sonrakı idarəçilik məsələsinə də toxunulur və xüsusilə Fələstin təhlükəsizlik qüvvələrinin işinin bərpasının zəruriliyi qeyd edilir.

Baxış sayı: 4 357

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə