Misir Sinayda dünyanın ən böyük hidrogen zavodunu tikmək istəyir

Qahirə, 3 mart, ARHD.AZ



Misir Sinayda dünyanın ən böyük hidrogen zavodunu tikmək istəyir


Misirin İnvestisiya İmkanları Platforması Cənubi Sinayda dünyada ən böyük yaşıl hidrogen zavodunun tikintisi ilə bağlı layihə təqdim edib.

ARHD.AZ “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi ilə tərəfdaşlıqda inşa edilməsi planlaşdırılan layihənin ümumi dəyəri 17 milyard dollar təşkil edir.

Ümumilikdə 127 kvadratkilometr ərazidə yerləşəcək zavodda illik 400 min ton yaşıl hidrogen istehsalı nəzərdə tutulur.

Layihənin birinci mərhələsinin 2030-cu ildə, ikinci mərhələsinin 2033-cü ildə və üçüncü mərhələsinin isə 2035-ci ildə tamamlanması planlaşdırılır.

Baxış sayı: 6 439

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə