Dmitri Peskov: Zəruri hallarda Rusiya və Türkiyə liderlərinin təmasları olacaq

Moskva, 3 mart, ARHD.AZ


Dmitri Peskov: Zəruri hallarda Rusiya və Türkiyə liderlərinin təmasları olacaq


Zəruri hallarda Moskva ilə Ankara arasında ən yüksək səviyyədə təmaslar olacaq. Rusiya ilə Türkiyə arasında münasibətlərin səviyyəsi bir neçə saat ərzində bunu razılaşdırılmağa imkan verir.

ARHD.AZ xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, ötən həftə xarici işlər nazirləri səviyyəsində təmasların olduğunu, Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ankaraya rəsmi səfər etdiyini xatırladıb. Əlavə edib ki, bunlar ikitərəfli əlaqələrin fəallığını təsdiqləyir.

“Yüksək səviyyədə təmasların olmamasından danışmağa ehtiyac yoxdur. Həm işçi, həm də ekspert səviyyəsində dialoq var. Bu proses dayanmayıb və dayanmayacaq”, -deyə D. Peskov vurğulayıb.

Onun sözlərinə görə, zərurət yaranarsa, ən yüksək səviyyədə təmaslar baş tuta bilər, çünki Moskva ilə Ankara arasında əlaqələr sıxdır və onlar aktivdir.

“Lazım gələrsə, ən yüksək səviyyədə əlaqələr də olacaq. Münasibətlərimiz o qədər sıx və aktivdir ki, bütün lazımi təmaslar bir neçə saat ərzində razılaşdırılır”, -deyə Kreml nümayəndəsi qeyd edib.

Baxış sayı: 4 040

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə