March 3, 2025 ARHD.AZ

İranın vitse-prezidenti Zərif istefa verib


İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib.

“ARHD.AZ” xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən kənarlaşdırılmışdı.

Qeyd olunub ki, prezident Məsud Pezeşkiaan hələ Zərifin istefa ərizəsini qəbul etməyib.

Baxış sayı: 6 539

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə