“The Economist”: Avropa İttifaqı Kiyevə dəstəyi ikiqat artırmalı olacaq

Bakı, 28 fevral, ARHD.AZ


“The Economist”: Avropa İttifaqı Kiyevə dəstəyi ikiqat artırmalı olacaq


Vaşinqton Kiyevə yardımı dayandırarsa, Avropa İttifaqı ABŞ-ın yardımını kompensasiya etmək üçün Ukraynaya hərbi, maliyyə və humanitar dəstəyini ikiqat artırmağa məcbur olacaq.

ARHD.AZ xəbər verir ki, bu barədə “The Economist” jurnalında dərc olunan məqalədə deyilir.

Mütəxəssislərin hesablamalarına görə, Avropa İttifaqı və üzv ölkələr 2022-ci ilin yanvarından bəri Ukraynaya hərbi, maliyyə və humanitar yardımlara 113 milyard avro xərcləyib. ABŞ-ın Kiyevə göstərdiyi yardımı əvəzləmək üçün Brüssel bu rəqəmi ümumi daxili məhsulun 0,4 faizinə çatdırmalı olacaq. Hazırda Avropa İttifaqının altı ölkəsi Ukraynaya ümumi daxili məhsulunun 0,4 faizindən çox yardım göstərir. Beləliklə, Avropa İttifaqı ABŞ-ın Ukraynaya yardımını tam əvəzləyə bilər.

Analitiklərin fikrincə, Avropa İttifaqı müdafiə xərclərini ümumi daxili məhsulunun 4-5 faizinə çatdırsa, uzunmüddətli perspektivdə ABŞ-ın dəstəyi olmadan da öz müdafiəsini təmin edə biləcək. Hazırda Avropa ölkələrinin ümumi müdafiə xərcləri 325 milyard avro təşkil edir ki, bu da ümumi daxili məhsulunun 1,8 faizinə bərabərdir.

Baxış sayı: 4 535

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə