İstanbul, 28 fevral,  ARHD.AZ


İstanbulda Türkiyə-Afrika Media Forumu keçirilir


İstanbulda Türkiyə və Afrika ölkələrinin birgə Media Forumu keçirilir.

ARHD.AZ xəbər verir ki, forum Türkiyə ilə Afrika ölkələri arasındakı münasibətləri gücləndirməyi, ortaq mənfəətləri irəlilətməyi, media əməkdaşlığı və məlumat mübadiləsi vasitəsilə ümumi problemlərə həll yolları tapmağı hədəfləyir.

Tədbirin açılış mərasimində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun, Liviyanın Milli Birlik Hökumətinin kommunikasiya və siyasi İşlər naziri Walid Ammar Ellafi və Afrika Yayım Birliyinin baş direktoru Grégoire Ndjaka çıxış ediblər.

Liviyalı nazir mövcud qlobal kommunikasiya sisteminin fikri mübarizələrinin vasitəsinə çevrildiyini bildirib.

Qərb mediasının Afrika həqiqətlərini əks etdirmədiyini ifadə edən Ellafi deyib: “1,4 milyard əhalisi olan Afrika qitəsini sürətlə inkişaf edən bir bölgə kimi görürük. İqtisadi baxımdan irəliləyir, lakin təəssüf ki, kommunikasiya və media sahəsi əhalisinin sayı qədər təsirə malik deyil. Xarici mənbələr buna reallıqdan uzaq yanaşır. Qərbin buna dezinformasiyayla əlaqəli bir baxış tərzi var. Misal üçün, miqrasiya məsələsi sadəcə rəqəmlərlə mənfi şəkildə xarici mediada işıqlandırılır. Əsl səbəbləri və reallığı ilə göstərilmir”.

Ellafi media və kommunikasiya sahələrinin beynəlxalq diplomatiyada və qlobal siyasətdə iki əsas ünsür olduğunu vurğulayaraq, “Bunlar beynəlxalq arenada ölkələrin öz maraqlarını qoruma gücü ilə əlaqəlidir. Biz də bu vasitələri öz hüquq və mənafelərimizi qoruyacaq şəkildə, həqiqəti əks etdirərək istifadə etməliyik”, - deyə əlavə edib.

Afrika Yayım Birliyinin baş direktoru çıxışında TRT ilə razılaşma imzaladıqlarını və bu kimi təşəbbüsləri artırmaq niyyətində olduqlarını bildirib.

Hazırda medianın Afrika ilə bağlı ən çox diqqətini çəkən məsələnin miqrasiya olduğunu qeyd edən Ndjaka bununla bağlı dezinformasiyanın mövcudluğunu qeyd edib.

Türkiyənin bu sahədə əməkdaşlığının vacibliyini vurğulayan Ndjaka növbəti forumun Afrikadakı bir şəhərdə keçirilə biləcəyini deyib.

Forum “Türkiyə-Afrika münasibətlərində media və kommunikasiya ekosisteminin gücləndirilməsi”, “İctimai diplomatiya və strateji kommunikasiya: Ortaq baxış çərçivəsində əməkdaşlıq imkanları”, “Türkiyə-Afrika media münasibətlərində düzgün informasiya axını və dezinformasiyayla mübarizə strategiyaları” mövzularında panel iclaslarla davam etdirilir.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin ev sahibliyi ilə baş tutan tədbirdə Türkiyə və Afrika ölkələrinin media, yayım və akademiya sahəsində aparıcı şəxsləri, dövlət nümayəndələri iştirak edirlər.

Baxış sayı: 4 501

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə