Litva Prezidenti: Ukrayna beş ildən sonra Aİ-nin tamhüquqlu üzvü olmalıdır

Kiyev, 24 fevral, ARHD.AZ



Litva Prezidenti: Ukrayna beş ildən sonra Aİ-nin tamhüquqlu üzvü olmalıdır


Ukraynanın Avropa İttifaqına qəbulu prosesi sürətləndirilməlidir. Ukrayna beş ildən sonra tamhüquqlu üzv olmalıdır.

ARHD.AZ xəbər verir ki, bu sözləri Litva Prezidenti Gitanas Nauseda Kiyevdə keçirilən beynəlxalq sammitdə deyib.

Litva Prezidenti deyib: “Avropanın təhlükəsizliyi Ukraynanın təhlükəsizliyindən asılıdır. Ona görə də Ukraynanın Aİ-yə daxil olması prosesini sürətləndirmək lazımdır”. O, Kiyevdə Avropa liderlərinin iştirakı ilə keçirilən “Ukraynaya dəstək” plenar sessiyası zamanı bu hadisənin 2030-cu il yanvarın 1-də olmasını təklif edib.

Onun sözlərinə görə, ilk danışıqlar klasterinin açılışı bir neçə həftə ərzində həyata keçirilə bilər.

“Ukraynanı Aİ-yə aparan yolu labüd etməliyik”, -deyə Gitanas Nauseda əlavə edib.

Baxış sayı: 4 336

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə