Moskva öz diplomatik missiyalarının təhlükəsizliyini gücləndirməyi Parisdən tələb edir

Moskva, 24 fevral, ARHD.AZ


Moskva öz diplomatik missiyalarının təhlükəsizliyini gücləndirməyi Parisdən tələb edir


Rus diplomatları Rusiyanın Marseldəki baş konsulluğuna hücum edənlər haqqında məlumat almaq üçün Fransadakı səlahiyyətlilərlə əlaqə saxlayır.

ARHD.AZ xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyinin məlumatında deyilir. Onlar, həmçinin qeyd ediblər ki, Marseldəki baş konsulluğa hücumdan əvvəl də səfirlik Fransa hakimiyyətinə Rusiya diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin gücləndirilməsi xahişi ilə müraciət edib.

Xatırladaq ki, fevralın 24-də yerli vaxtla səhər saat 8 radələrində Rusiyanın Marseldəki baş konsulluğunun ərazisinə “Molotov kokteyli” atılıb. Hücum nəticəsində insan tələfatı və ya ciddi dağıntı olmayıb. Moskva insidenti mümkün “terror aktı” kimi qiymətləndirərək Fransadan hərtərəfli araşdırma aparmağı və Rusiya diplomatik missiyaları üçün təhlükəsizlik tədbirlərini gücləndirməyi tələb edib.

Baxış sayı: 4 242

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə