Rusiyanın xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək

İstanbul, 23 fevral, ARHD.AZ


Rusiyanın xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək


Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 24-də Türkiyəyə səfər edəcək.

ARHD.AZ xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Ankarada Sergey Lavrov ilə Türkiyənin XİN başçısı Hakan Fidan arasında keçirəcək görüşlərdə əsasən ticarət, enerji və turizm sahələrində ikitərəfli əməkdaşlıq məsələləri geniş müzakirə ediləcək.

Bundan əlavə, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin diplomatik səylər vasitəsilə ədalətli və daimi sülhlə başa çatdırılması barədə fikir mübadiləsi aparılacaq. Görüşlərdə ABŞ-la Rusiya arasında son təmaslar və Türkiyənin bu prosesə töhfə verə biləcəyi istiqamətlər də nəzərdən keçiriləcək. Nazir Fidan 2022-ci ilin martında Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin gələcəkdə də bu rolu yerinə yetirməyə hazır olduğunu vurğulayacaq.

Söhbət zamanı, həmçinin regional və beynəlxalq məsələlər, o cümlədən Suriya və Qəzzadakı vəziyyət ətrafında da fikir mübadilələrinin aparılması gözlənilir.

Baxış sayı: 5 338

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə