Roma Papasının vəziyyəti ağır olaraq qalır

Vatikan, 23 fevral, ARHD.AZ


Roma Papasının vəziyyəti ağır olaraq qalır


Romadakı “Gemelli” xəstəxanasında müalicəsi davam edən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti yenidən pisləşib.

ARHD.AZ xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, pontifik bu gün səhər saatlarında astmaya bənzər tənəffüs böhranı keçirib. Həmçinin aparılan testlər nəticəsində onda trombositopeniya aşkarlanıb və qan köçürülüb.

Roma Papasının vəziyyətinin ağır olaraq qaldığı, ağrıları çox olsa da, bütün günü kresloda oturaraq keçirdiyi qeyd edilib.

Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilib.

Baxış sayı: 5 465

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə