Avropanın Ayda kəşfiyyat planları dəyişə bilər

Bakı, 21 fevral, ARHD.AZ


Avropanın Ayda kəşfiyyat planları dəyişə bilər


ABŞ “Artemis” layihəsinə yenidən baxdığı üçün Avropanın Ay planları dəyişə bilər.

ARHD.AZ xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın komandası NASA-nın “Artemis” layihəsini yenidən nəzərdən keçirərkən Avropanın Ayı tədqiq etmək planları təhlükə altına düşə bilər.

“Avropa Kosmik Agentliyi Donald Trampın Ay ambisiyalarının əksəriyyəti üçün vasitə olan “Artemis” layihəsinin əsas elementlərinin mümkün ləğvinə hazırlaşır”, - deyə məlumatda bildirilir.

NASA isə öz növbəsində beynəlxalq tərəfdaşlığın “Artemis” kampaniyasının mühüm hissəsi olaraq qaldığını vurğulayıb.

Nəşr qeyd edir ki, məsələ ətrafında narahatlıq amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin NASA-nın xərcləri, o cümlədən təxminən 100 milyard dollarlıq “Artemis” proqramı ilə bağlı araşdırmaları fonunda yaranıb.

Baxış sayı: 5 862

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə