Qazaxıstan tranzit daşımalarının həcmini 74 milyon tona çatdırmağı planlaşdırır

Astana, 20 fevral, ARHD.AZ


Qazaxıstan tranzit daşımalarının həcmini 74 milyon tona çatdırmağı planlaşdırır


Ötən il Qazaxıstandan tranzit daşımalarının həcmi 34 milyon tonu keçib ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz çoxdur.

ARHD.AZ Qazaxıstan mediasına istinadla xəbər verir ki, bunu ölkənin Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin direktoru Nurlan Kenesov söyləyib.

“Tranzit yüklərinin 80 faizi dəmir yolu, 20 faizi isə avtomobil nəqliyyatı ilə daşınıb”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstanın nəqliyyat-logistika potensialının inkişafı konsepsiyası çərçivəsində 2030-cu ilə qədər infrastrukturun inkişafı üzrə kompleks tədbirlər həyata keçiriləcək. Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu və “Şimal-Cənub” dəhlizinin şərq marşrutuna xüsusi diqqət ayrılıb.

“2030-cu ilə kimi Qazaxıstan tranzit daşımalarının həcmini 74 milyon tona çatdırmağı planlaşdırır”, - deyə o söyləyib.

Baxış sayı: 5 303

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə