Qazaxıstan ilin sonuna qədər 14 yeni təyyarə alacaq

Bakı, 19 fevral, ARHD.AZ


Qazaxıstan ilin sonuna qədər 14 yeni təyyarə alacaq


Qazaxıstan ilin sonuna qədər 14 yeni təyyarə alacaq.

ARHD.AZ xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb. Bildirilib ki, Qazaxıstanın hava donanması hazırda 104 təyyarədən ibarətdir.

Ölkənin nəqliyyat nazirinin müavini Talqat Lastayev qeyd edib ki, altı aviaşirkət “Air Astana”, “FlyArystan”, “SCAT”, “Qazaq Air”, “Southern Sky” və “Jetysu” Qazaxıstanda 56 marşruta xidmət göstərən daxili aviareysləri təmin edir. Onun sözlərinə görə, hava nəqliyyatının keyfiyyətinin yaxşılaşdırılması və gecikmələrin azaldılmasında əsas amil aviaparkın davamlı olaraq yenilənməsi və genişləndirilməsidir. Qazaxıstan aviaşirkətləri hər il 10-dan 15-ə qədər yeni müasir təyyarə alır.

Baxış sayı: 6 530

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə