İtaliyada bəzi nazirlik və dövlət qurumlarının saytlarına kiberhücumlar olub

Roma, 18 fevral, ARHD.AZ


İtaliyada bəzi nazirlik və dövlət qurumlarının saytlarına kiberhücumlar olub


İtaliyada bəzi nazirliklərin və dövlət qurumlarının saytları kiberhücumlara məruz qalıb.

ARHD.AZ xəbər verir ki, İtaliyanın şirkətləri və “Made in Italy”, Daxili İşlər və Maliyyə nazirliklərinin bəzi saytları, eləcə də Maliyyə Polisinin saytının rusiyapərəst hakerlərin kiberhücumlarına məruz qaldığı bildirilir. Həmin saytlar “NoName057” haker qrupunun kiberhücumlarından zərər çəkib.

İtaliya Milli Kibertəhlükəsizlik Agentliyi kiberhücumlara məruz qalan qurumların saytlarının funksional fəaliyyət göstərməsi üçün lazımi dəstək göstərib. Daha əvvəl Milanın Malpensa və Linate aeroportlarının, Taranto və Trieste limanlarının, həmçinin “Monte Paschi” və “Intesa San Paolo” banklarının, bəzi İT şirkətlərinin və özəl qurumların saytları rusiyapərəst hakerlərin kiberhücumlarına məruz qalmışdı.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin yanvarın 9-da Romaya səfəri zamanı da İtaliyanın bəzi dövlət qurumlarının saytlarına kiberhücumlar olmuşdu.

Baxış sayı: 5 624

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə