Yaponiya nüvə silahının qadağan olunması ilə bağlı BMT-nin keçirəcəyi iclasda iştirak etməyəcək

Bakı, 18 fevral, ARHD.AZ 


Yaponiya nüvə silahının qadağan olunması ilə bağlı BMT-nin keçirəcəyi iclasda iştirak etməyəcək


Yaponiya hökuməti BMT-nin nüvə silahının qadağan edilməsinə dair iclasında iştirak etməyəcək.

ARHD.AZ  Kyodo xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Takeşi İvaya bildirib. O qeyd edib ki, nüvə silahına malik dövlətləri cəlb etmədən bu fikirləri həyata keçirmək olduqca çətin məsələdir.

Bu il ABŞ-ın Xirosima və Naqasakiyə nüvə bombası atmasının 80-ci ildönümü olduğu üçün hökumət dəfələrlə iclasda iştirak etməyə çağırılıb.

BMT-nin Silahsızlanma Məsələləri üzrə Ofisindən verilən məlumata görə, BMT-nin bu iclası martın 3-7-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək, Qazaxıstan prezident kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, 1945-ci ildə Xirosima və Naqasakinin bombalanması təxminən 210 min insanın ölümünə səbəb olub.

Baxış sayı: 4 323

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə