Moskva və Vaşinqton iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Moskva, 17 fevral, ARHD.AZ


Moskva və Vaşinqton iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər


Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev fevralın 18-də Səudiyyə Ərəbistanında ABŞ nümayəndə heyətinin nümayəndələri ilə görüşməyi planlaşdırır.

ARHD.AZ xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə Ər-Riyaddakı mənbə məlumat verib.

Görüşün məqsədi Moskva ilə Vaşinqton arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etməkdir.

Bundan əvvəl Prezident Donald Tramp ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanında mümkün görüşü barədə məlumat vermişdi. O, digər məsələlərlə yanaşı, iki ölkə arasında iqtisadi əməkdaşlığa dair müzakirələr aparılacağını bildirib.

Baxış sayı: 6 548

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə