Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılıb. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci il 13 noyabr tarixli Fərmanla Agentliyin Əsasnaməsi təsdiq edilib.


Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2018-ci il tarixli və 22 may 2018-ci il tarixli sərəncamlarına əsasən, müvafiq dövlət orqanlarının balansında fəaliyyət göstərən laboratoriyalar, avadanlıqlar, inzibati binalar və ştat vahidləri Agentliyin balansına verilib. Nəticədə qida təhlükəsizliyi sahəsində vahid yanaşma tətbiq etməklə, yeni mərkəzləşdirilmiş idarəetmə forması yaradılıb. Bakıda və regionlarda ən müasir avadanlıqlarla təchiz edilmiş, ən mürəkkəb təhlilləri aparmağa imkan verən 16 laboratoriyadan ibarət şəbəkə formalaşdırılıb. Agentliyin məqsədi əhalinin sağlam və təhlükəsiz qida ilə təmin edilməsi və bununla da qida mənşəli xəstəliklərin əhəmiyyətli dərəcədə azalması, habelə kənd təsərrüfatı və qida məhsullarının məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsi və inkişaf etmiş ölkələrin bazarlarına ixrac həcminin artırılmasına nail olmaqdan ibarətdir.


  Agentlik qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində qeydiyyat və təsdiq, idxal sağlamlıq aktı, sağlamlıq, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini həyata keçirir. Əsas missiya qida zəncirinin bütün mərhələlərində qida və yem məhsulları, qida ilə təmasda olan material və məmulatların təhlükəsizliyi, qida məhsullarının minimum keyfiyyətinə, həmçinin qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində dövlət nəzarətini, habelə dövlət siyasətini və tənzimləməni həyata keçirməkdən ibarətdir. 


  Agentlik fəaliyyətini şəffaflıq və hesabatlılıq, qərəzsizlik və bitərəflik, sahibkarlarla tərəfdaşlıq, istehlakçı mənafeyinin üstünlüyü, innovativlik, səmərəlilik və nəticəyönümlülük, risk əsaslı yanaşma və beynəlxalq tələblərə uyğunluq prinsipləri üzərində qurub. Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsində normativ tənzimləmə, idxal sağlamlıq aktı, sağlamlıq, baytarlıq və fitosanitar sertifikatlarının verilməsi, qida təhlükəsizliyi ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi, qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsi, dövlət nəzarəti və əlaqələndirmə, qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması, texniki normativ hüquqi aktların tələblərinə uyğunluq qiymətləndirilməklə təsdiqinin həyata keçirilməsi, Qida Təhlükəsizliyi Reyestrinin aparılması və qida zənciri boyu risk əsaslı nəzarətin aparılması Agetliyin fəaliyyət istiqamətləridir. Agentlik Aparat, 13 regional bölmə və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan ibarətdir. Aparatda 150, regional bölmələrdə isə 900 ştat vahidi çalışır.


 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 2017-ci il 13 noyabr tarixli fərmanı ilə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) publik hüquqi şəxs statusunda yaradılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli Qərarına əsasən, İnstitutun Nizamnaməsi təsdiq edilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafının təmin edilməsi, tələbata uyğun olaraq yeni laboratoriyaların açılması, ixtisaslı kadrların işə cəlb edilməsi və sahibkarlıq subyektlərinin qida məhsullarının müayinələrini daha operativ aparmasına şəraitin yaradılması istiqamətində fəaliyyətini davam etdirir.


  Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Gəncə Regional Sınaq Laboratoriyası (GRSL) fəaliyyətə başlayıb. Gəncə şəhərində yerləşən GRSL bölgədə qida təhlükəsizliyi istiqamətində laboratoriyanın fəaliyyətinə zərurətin yaranması, müvafiq müayinələrin aparılmasına tələbatın olması, eləcə də bölgənin qida sənayesi, kənd təsərrüfatı və iqtisadi potensialı nəzərə alınaraq yaradılıb.


 Laboratoriya ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərir. Müasir tələblərə cavab verən maddi-texniki bazaya və yüksək ixtisaslı işçi heyətə malik GRSL-də ölkədə istehsal edilən, eləcə də idxal və ixrac olunan qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin müayinələri həyata keçirilir. Müayinələr respublikamızda qüvvədə olan normativ-texniki sənədlərlə yanaşı, beynəlxalq standartlarda qeyd edilən keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun aparılır. Müayinələr İSO, NMKL, AOAC beynəlxalq metodlardan istifadə olunmaqla həyata keçirilir. Eyni zamanda keyfiyyətə nəzarət məqsədilə standart referens materiallardan istifadə olunaraq müayinə nəticələrinin doğruluğu və dəqiqliyi yoxlanılır.

 Bugün sizlərə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA Gəncə) rəisi Vüqar Zeynalov’dan bəhs edəcəyik. Vüqar  Zeynalov rəisi olduğu şöbədə onunla işləyən  əməkdaşlara  qarşı hər zaman hörmət çərçəvəsində yanaşır. Bütün qərarlarında ədalətli qərar verir. Vüqar Zeynalov’un rəhbərliyi müddətin ən qürur vericisi  odur ki, Vüqar Zeynalov qanunsuz kəsim məntəqələrini bitirir və sahibkarlara sözün əsl mənasında xidmət edir. Hər  zaman şəffaflıq prinsibylə tələb edən Vüqar məllim sahibkarların hər zaman qayğısına qalan bir şəxsdir. 


 Vüqar Zeynalov sayəsində Gəncəbasar ərazisində hazırda fəaliyyət göstərən ət kəsim məntəqələrinin sayı və onların sanitar-gigiyenik durumu, vəziyyəti barədə dəfələrlə monitorinq aparılır. Aparılan monitorinqlər haqqında ictimaiyyətə məlumat verilir. Hazırda fəaliyət göstərən məntəqələrin sayı və həmin kəsim məntəqələrinin stasionar, modul və ya mobil tipli olmasını sahibkarları sevindirir. Müvafiq sanitar qaydalara görə ət kəsimi məntəqələrində kəsilən ətdə hər hansı problemin mövcudluğu öncədən müəyyənləşdirilir. Konkret desək, iri və xırda buynuzlu heyvanlar kəsildiyi andan baytarlıq nümunələri götürülür.

 Ət kəsimi məntəqələrində müvafiq baytarlıq, sanitar ekspertiza laboratoriyaları təşkil olunmaqla kəsimdən sonra da heyvanların sağlamlığı ciddi ekspertizalara cəlb olunur. Bundan sonra satışa və ya istehsala ət məhsulları yönəldilir. Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi xidmətləriylə hər zaman sahibkarlarını müdafiə edir və dəstəkləyir. Vüqar Zeynalov hər zaman sahibkarların problemlərini dinləyir və o problemləri ortadan qaldırır. Vətəndaşlarımızın sağlam və təhlükəsiz qida təmini üçün gecə - gündüz demədən xidmət edir. Gəncə sakinləri xüsusəndə sahibkarlar Vüqar məllimin xidmətini bəyənir və onu dəstəkləyirlər.

            Vüqar Zeynalov Azərbaycan  dövlətçiliyinə  və xalqına xidmət edir.

Baxış sayı: 3 339

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]