Cənub Keçid Şurası (CKŞ) komandanlığı öz döyüşçülərinin "Vətən Qalxanı"adlanan hökumət qüvvələrinə inteqrasiyası prosesinin başladığını elan edib.


ARHD.AZ  TASS-a istinadən xəbər verir ki, bu barədə CKŞ təmsilçisi sözçüsü polkovnik-leytenant Məhəmməd ən-Nakib AIC telekanalında dərc olunmuş müraciətində deyib.


Ən-Nakib bu addımı "ərazi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əldə edilmiş nailiyyətləri qoruyub saxlamaq məqsədi" daşıdığını bildirib. O qeyd edib ki, bu gündən silahlı qüvvələrə həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirmək üçün onların "Vətən Qalxanı"na inteqrasiyası prosesinə başlanılıb.


Ən-Nakibin sözlərinə görə, "Vətən Qalxanı"nın ilk briqadası artıq Hadramaut əyalətinin Tamud rayonuna yerləşdirilib və yaxın vaxtlarda Rama rayonundakı mövqeləri, eləcə də Hadramaut və Əl-Mahradakı bəzi obyektləri hökumət qüvvələrinə təhvil verəcəyi gözlənilir.


Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənub Keçid Şurasından olan separatçıların Yəmənin şərqindəki Hadramaut və Əl-Mahra əyalətlərinə nəzarəti bərqərar etməsindən sonra ölkədə vəziyyət gərginləşib.

Baxış sayı: 2 551

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə