İcmaəsaslı Təlim Qrupları layihəsi çərçivəsində ölkə üzrə 886 mərkəz fəaliyyət göstərir

Bakı, 6 fevral, ARHD.AZ
İcmaəsaslı Təlim Qrupları layihəsi çərçivəsində ölkə üzrə ümumilikdə 886 icma mərkəzi fəaliyyət göstərir.
ARHD.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, layihə çərçivəsində 1177 təlim qrupu təşkil edilib: “1046 müəllim icmaəsaslı təhsil prosesinə cəlb olunub. 19 min 251 uşaq bu qruplarda təhsil alır. Eyni zamanda, Şuşa şəhərində də 2 icmaəsaslı qrup yaradılıb və 26 uşaq təhsilə cəlb edilib. Layihə xüsusilə məktəbəqədər yaş qrupunda olan uşaqların erkən təhsilə çıxışını artırmağı hədəfləyir və ucqar bölgələrdə təhsilə əlçatanlığı genişləndirmək baxımından mühüm əhəmiyyət