Emin Əmrullayev: Azərbaycanda ümumi təhsil müəssisələrinin rasionallaşdırılması həyata keçirilir

Emin Əmrullayev: Azərbaycanda ümumi təhsil müəssisələrinin rasionallaşdırılması həyata keçirilir

Bakı, 6 fevral,  ARHD.AZ

Azərbaycanda ümumi təhsil müəssisələrinin rasionallaşdırılması həyata keçirilir.

ARHD.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, 2024-cü ildə məktəbyaşlı uşaqların sayı ilə bağlı 147 təhsil müəssisəsi rasionallaşdırılıb: “Bu proses nəticəsində həmin məktəblərdə qalan şagirdlər və müəllimlər yaxınlıqdakı digər məktəblərə yönləndirilib. Rasionallaşdırma prosesi müxtəlif meyarlar əsasında aparılıb. Bunlara əhalinin artım dinamikası, coğrafi əlverişlilik, məktəblərin infrastrukturu, siniflərin komplektləşdirilməsi, ən yaxın məktəbə qədər məsafə, həmçinin şagird və müəllim sayı daxildir”.

Emin Əmrullayev qeyd edib ki, nazirlik 2025-ci ildə 130-a qədər ümumi təhsil müəssisəsinin rasional idarə olunması ilə bağlı tədbirlərin davam etdirilməsini planlaşdırır: “Bu addımlar təhsil sistemində resursların daha səmərəli istifadəsinə və şagirdlərin keyfiyyətli təhsil imkanlarına çıxışını yaxşılaşdırmağa xidmət edir”.

Baxış sayı: 4 524

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]