Bakı, 15 iyul, ARHD.AZ
Tələbələrin köçürülməsi prosesinə başlanılıb
Bu gündən 2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi başlanıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən ARHD.AZ-a bildirilib ki, elektron müraciətlərin qəbulu iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr “portal.edu.az” internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.






















