
Bakı, 23 may, ARHD.AZ
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü mayın 26-da paytaxtdakı 189-190 nömrəli tam orta məktəbdə keçiriləcək.
İdarədən ARHD.AZ-a bildirilib ki, layihənin budəfəki qonağı Milli Məclisin Elm və təhsil komitəsinin sədri tarix elmləri doktoru, professor Anar İsgəndərov olacaq. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, təhsil islahatlarının cəmiyyətin inkişafına təsirləri, müəllim-şagird münasibətləri, asudə vaxtın düzgün təşkil olunması və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.