Fərhad Quliyev: Qarabağda beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyət göstərməsi qarşıda duran vəzifələrdən biridir

Bakı, 14 may, ARHD.AZ


Qarabağda arxeoloji tədqiqatlar əsasən Xocalı Tunc dövrü “Kurqan çölü” və nekropolu, Ağdam şəhərindəki İmarət kompleksində, Üzərliktəpə Orta Tunc dövrü yaşayış məskəni, Azıx-Tağlar paleolit abidələri, Füzuli kurqanları və Zəngilan rayonundakı Şəhri Şərifan orta əsr şəhər yeri – istiqamətlər üzrə aparılacaq.

ARHD.AZ xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiyada söyləyib.

Direktor, həmçinin bildirib ki, xüsusi olaraq Qafqaz Albaniyasının maddi-mədəni irsinin öyrənilməsi ayrıca bir istiqaməti təşkil edir.

“Azad edilmiş torpaqlarda beynəlxalq ekspedisiyaların fəaliyyət göstərməsi qarşımızda duran vəzifələrdən biridir”, - deyə Fərhad Quliyev qeyd edib.

Baxış sayı: 4 513

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə