Bakı, 23 yanvar, ARHD.AZ

 

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti professor Orxan Aydınla görüşüb.

Beynəlxalq Türk Akademiyasından ARHD.AZ -  a bildirilib ki, görüş zamanı mövcud əməkdaşlığın genişləndirilməsinin, eləcə də elm, texnologiya və davamlı inkişaf kimi mühüm sahələrdə başlanmış layihələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, 2025-ci il üçün birgə layihələrin həyata keçirilməsi və tədbirlərin təşkili planları müzakirə olunub.

Görüşün sonunda iki qurum arasında davamlı səmərəli əməkdaşlığa sadiqlik rəmzi kimi kitab mübadiləsi aparılıb.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının 2023-cü ildə Astanada keçirilən sammitində Türk Akademiyasının fəaliyyət sahələrinin genişləndirilməsi ilə bağlı qərar təsdiq edilib. Akademiya humanitar sahələrlə yanaşı, həm də türk ölkələri arasında təbiət elmləri və texnologiya sahələrində elmi inteqrasiyanın əlaqələndirilməsi istiqamətində işlərə başlayıb.

Baxış sayı: 3 461

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə