Son günlər müşayiət edilən mülayim havanı hiss edən hər kəs baharın gəlişini gözləməyə başlayıb. 


“ARHD.AZ” xəbər verir ki, artıq gələn həftə Novruzun ilk çərşənbəsini qeyd edəcəyik. Bu il Su çərşənbəsi fevralın 24-nə təsadüf edir. Beləliklə, sadəcə üç gün sonra ilk çərşənbədir və bununla da Novruz mərasimlərinə start veriləcək.


Novruz bayramının dörd əsas çərşənbəsindən biri olan Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə” kimi də tanınır. Su çərşənbəsi təkcə baharın gəlişinin deyil, həm də yenilənmənin, saflığın və bərəkətin rəmzidir. Su çərşənbəsi ilə bağlı xalq arasında maraqlı inanclar mövcuddur. İnsanlar səhər tezdən bulaq başına gedir, axar suyun üzərindən atlanaraq ilin bütün ağırlıqlarını arxada qoyduqlarına inanırlar. Evdə su ilə təmizlik işləri aparılır, həyətlər yuyulur, hətta bəzən süfrəyə qoyulan suyun bərəkət gətirdiyinə inanılır.


Qeyd edək ki, Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi 10-da, Torpaq (İlaxır) çərşənbə isə 17-nə təsadüf edir. Novruz bayramı günləri 20–24 mart tarixlərini əhatə edəcək.

Baxış sayı: 2 883

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə