DSMF: Yanvar ayında 47 mindən çox vətəndaş müraciəti qeydə alınıb

Bakı, 5 fevral, ARHD.AZ


DSMF: Yanvar ayında 47 mindən çox vətəndaş müraciəti qeydə alınıb


Yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 47 min 729 vətəndaş müraciəti qeydə alınıb.

Bu barədə ARHD.AZ-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Müraciətlərdən 17 min 442-si pensiya, 11 min 496-sı müavinət, 1 546-sı Prezident təqaüdü, 11 min 252-si ünvanlı dövlət sosial yardımı, 1 149-u fərdi uçot və sosial sığorta, 176-sı dövlət icbari şəxsi sığorta və 4 min 668-i isə digər istiqamətlərlə bağlı olub

Baxış sayı: 2 203

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]