Bakı, 3 fevral, ARHD.AZ

 

Sosial cəhətdən həssas təbəqədən olan ailələrə 2024-cü ildə 800 ədəd mənzil və 93 ədəd avtomobil verilib. AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü ilin yekunlarına dair hazırladığı hesabatda qeyd olunub. Bildirilib ki, əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində 354 nəfər (85 nəfər sertifikat alıb) əlilliyi olan gənc peşə hazırlığı kurslarına cəlb olunub. Fəaliyyət göstərən 13 sosial müəssisədə həssas əhali qruplarından olan 2 min 813 şəxsə sosial xidmət göstərilib. Həmçinin, 2024-cü ildə 6 uşaq evi və 2 ailə tipli kiçik qrup evi nazirliyin tabeliyinə verilib, həmin müəssisələrdə 548 nəfərə xidmət göstərilib.

Baxış sayı: 5 987

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]