Bakı, 24 yanvar, ARHD.AZ
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun yanvarın 27-də Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Dövlət Komitəsindən bildirilib ki, R.Məmmədov Gəncə, Naftalan şəhərləri, Göygöl, Samux, Daşkəsən və Goranboy rayonlarından olan vətəndaşları yanvarın 30-da qəbul edəcək.
Qəbul saat 11:00-da Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında (ünvan: Göygöl şəhəri, Azay Kazımov küç.1a) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinə (Əlaqə vasitələri: (022) 266 91 14, (055) 218 52 95, [email protected], [email protected])