Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir

Kiyev, 15 fevral, ARHD.AZ


Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir


Amerika Birləşmiş Ştatları Ukraynada bir-iki ildən sonra təkrar münaqişəyə gətirib çıxaran deyil, güclü və davamlı sülhə nail olmaq istəyir.

ARHD.AZ “Ukrinform”a isinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyəti ilə görüşdən sonra jurnalistlərə deyib.

"Biz müharibənin bitməsini, qırğının dayandırılmasını istəyirik. Lakin biz bir neçə ildən sonra Avropada təkrar münaqişəyə deyil, davamlı sülhə nail olmaq istəyirik", - deyə ABŞ vitse-prezidenti bildirib.

Vens birlikdə davamlı sülhə necə nail olmaq barədə bir sıra əlverişli dialoqlar aparıldığını söyləyib. Diplomat bildirib ki, yaxın günlərdə, həftələrdə, aylarda belə dialoqlar daha çox olacaq.

Xatırladaq ki, Vens artıq Münxen Təhlükəsizlik Konfransında çıxış edib. O, Rusiya-Ukraynaya müharibəsini cəmi bir cümlə ilə qeyd edib. Eyni zamanda vitse-prezident Avropanı sərt tənqid edib.

Baxış sayı: 4 560

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə