Bakı, 14 fevral, ARHD.AZ


Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib


Fevralın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrail dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb.

XİN-dən ARHD.AZ-a bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regionda baş verən son hadisələr, habelə Qəzza zolağında vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan Respublikası və İsrail dövləti arasında təhlükəsizlik, yüksək texnologiyalar, aerokosmik sənaye, qarşılıqlı investisiyalar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

Nazir Ceyhun Bayramov Qəzza zolağında əldə edilmiş atəşkəsin qorunmasının vacibliyini vurğulayıb.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 5 470

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə