“Artıq səkkiz aydır Ermənistan-Azərbaycan sərhədində tam sülh bərqərar olub”.


“ARHD.AZ” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə həmin ölkənin Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı danışıb. 


“Sərhədyanı kəndlərin sakinləri artıq bir neçə aydır atəş səsləri eşitmirlər. Üstəlik, müstəqilliyin qazanılmasından sonra ilk dəfə olaraq, 2025-ci ilin noyabrında qatar Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Bu, 2025-ci ilin oktyabrında Azərbaycan Prezidentinin Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldıracağını elan etməsindən sonra baş verib. Mən bu qərarına görə Azərbaycan Prezidentinə minnətdaram”, - Paşinyan deyib.

Baxış sayı: 3 535

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə