Elm və Təhsil Nazirliyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində nazir müavini Həsən Həsənli ölkənin təhsil nazirinin müavini Ren Youqun ilə görüş keçirib.


“ARHD.AZ” xəbər verir ki, görüşdə süni intellekt, ümumi və ali təhsil sahələrində yeni təşəbbüslər, həmçinin birgə universitetin yaradılması imkanları üzrə geniş fikir mübadiləsi aparılıb.


Səfər proqramı çərçivəsində nümayəndə heyəti “Huawei” şirkətinin baş ofisində də görüş keçirib. Tərəflər informasiya-kommunikasiya texnologiyaları, təhsilin idarəolunması üzrə innovativ həllər, süni intellekt, rəqəmsal transformasiya və tədqiqat-inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.


“Huawei” nümayəndələri süni intellekt üzrə son texnoloji yeniliklər, qlobal layihələr, təhsil və elmi müəssisələrlə birgə laboratoriyaların yaradılması, kadr hazırlığı və bilik transferi mexanizmləri barədə təqdimatla çıxış ediblər.

 

Baxış sayı: 2 764

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə