Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamenti ilə hökumət arasında keçirilən sual-cavab sessiyasında Azərbaycanla sərhəddəki mövcud vəziyyəti yüksək qiymətləndirib.


“ARHD.AZ” “Armenpress”ə istinadla xəbər verir ki, Baş nazir hazırda Ermənistan-Azərbaycan sərhədi boyunca tam sülhün hökm sürdüyünü bəyan edib.


O, Xarici Kəşfiyyat Xidmətinin son hesabatına istinad edərək, iki ölkə arasında hərbi eskalasiya riskinin demək olar ki, minimuma endiyini və bunun sülh prosesinin uğurlu gedişatından xəbər verdiyini vurğulayıb:


“Bu, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğunu göstərir. Biz tərəflər arasında atmosferin müsbətə doğru dəyişməsini alqışlayırıq”.


Bundan başqa, o, ötən həftə 4 nəfərin Ermənistana qaytarılmasını qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib.

Baxış sayı: 3 111

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə