Mülki General Hikmət Hacıyev
Artıq qısa müddət ərzində Azərbaycan xalqının sevgisini qazanan Hacıyev'ə insanlar tərəfindən “mülki general” adı verilib. Döyüşlər başlayandan bugünədək xalq H.Hacıyev'i Ali Baş Komandan İlham Əliyev'in ən sədaqətli əsgəri də adlandırır. O, bu sevgini öz əxlaqı, vicdanı və işi ilə qazana bildi. Azərbaycanın haqq səsini dünyaya var gücü ilə çatdıran ictimai-siyasi simalarından biri Hikmət Hacıyev'dir.
Bu gün Hikmət Hacıyev Azərbaycan cəmiyyətində ən çox tanınanlardan, sevilənlərdən, qəbul olunanlardan birinə çevrilib. Bu hər kəsə nəsib olmur. İnsan bəzən dövlət mükafatları alır, çoxcildli əsərlər yazır, amma cəmiyyət onu qəbul etmir. Ancaq Hikmət Hacıyev qısa zaman kəsiyində cəmiyyətin düşüncə zirvəsinə qalxa bilib. Bunu səciyyələndirən cəhətlər var. Birincisi, insan öz yerində olanda çox gözəl görünür. Bu gün millətin diqqəti Ali Baş Komandanın hər kəlməsindədir. Hər bir Azərbaycan insanı fəxr edir ki, belə bir prezidenti var. Bu, birmənalıdır. İkinci xoş söz, xoş rəftar uğurlu ifadə eşitmək ehtiyacı duyulan insanlardan biri Hikmət müəllimdir. Hikmət müəllimin əxlaqı, ağlı, tərbiyəsi ən əsası isə Azərbaycan xalqını təmsil etməyə böyük potensialı olan bir zəka elm sahibidir. O avropalılarla öz dilində danışdığı kimi, təmiz Azərbaycan dilində də danışmağı bacarır. Məhz bu da onu hər kəs üçün doğma insana çevirib. Bu gün Hikmət Hacıyev hər bir azərbaycanlının evində əziz qonağa çevrilib.
O, ən uğurlu kadrlardan biridir. Həm dil bilgisi, həm siyasi arenada aktivlik, həm də diplomatik bacarıq baxımından kifayət qədər təcrübə toplayıb. Həm pandemiya dövründə, həm də vətən müharibəsində məsələləri əhaliyə aydınlığı ilə çatdırmaq onun üzərinə düşdü. Bu işləri cənab prezident ona həvalə etdi. Hikmət Hacıyev dəyərli kadrdır.
Ölkəmizin maraqlarının təmin olunmasında Hikmət Hacıyev böyük xidmətləri var. Hər zaman son dərəcə vicdanlı addım atıb, vətənə və dövlətə də xidməti borcunu vicdanla icra edib və bunu da özünə hər zaman vicdan borcu bilib. Onu tanıyan hər kəsə də vicdanla yanaşıb. Hər kəsə insanlıq və insanpərvərlik naminə kömək etməyə çalışıb. Hər addımında əsl və nümunəvi Dövlət məmuru olaraq hərəkət edib. Bütün addımlarında Dövlətimizin layiqli siması sərgilənib. Hikmət Hacıyev baxdıqda Dövlətimizin apardığı siyasət, vətəndaşlara qayğı və diqqəti aydın görünür. Hikmət Hacıyev kimi ləyaqətli məmurlar və layiqli Dövlət xidmətçiləri öz davranış və addımları ilə Dövlətimizin mövqeyini, cənab Prezidentin müdrik siyasətini, Dövlətimizin əməli işlərini açıq aşkar sərgiləyirlər. İş fəaliyyətində hər zaman Dövlətimizi sevərək, Dövlət maraqlarına sədaqətlə xidmət edib. Yalnız Dövlət maraqlarını uca tutmaq, işində yalnız Dövlət siyasətini icra etmək, milli maraqları və cənab Prezident’in siyasətini, Ulu Öndər Heydər Əliyev’in yolunu rəhbər tutmaq Hikmət Hacıyev hər zaman ən birinci amalı olub və gəncliyindən indiyə qədər bu istiqamətdə addımlayıb. Vətəndaşlarımız məhz Hikmət Hacıyev-i bu şəkildə tanıyıb. Çünki hər zaman ondan ancaq bu saydığımız ali dəyərləri görülüb. Hikmət Hacıyev bütün xidməti içində ancaq dövlət maraqlarını, cənab Prezidentin hümanizm siyasətini, Ulu Öndər Heydər Əliyev’in yolunu rəhbər tutaraq çalışıb ki, bu da vətənə və xalqa xidmətin ən bariz nümunəsidir. Bu ali xüsusiyyətlər vətənə və xalqa, dövlətçiliyimizə layiqli xidmət deməkdir. Hikmət Hacıyev məhz bu müqəddəs yolu və ali hədəfi özünə hər zaman istiqamət olaraq seçib və bu nümunəvi yolun nümunəvi yolçusu olaraq da nümunəvi və vicdanlı bir şəxsdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idarəetmə sistemində başlatdığı islahatlar kadr yenilənmələrinə də sirayət etdi və cənab Prezident Hikmət Hacıyevə yüksək etimad göstərərək əvvəlcə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, bir il sonra, 29 noyabr 2019-cu ildən isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin etdi.
H.Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveyt və Misirdəki səfirliklərində çalışıb.
H.Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib. O, “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
18 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib, 26 noyabr 2018-ci ildə isə bu şöbənin rəhbəri vəzifəsinə təyin olunub.
29 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
ARHD.AZ İctimai-siyasi media saytı’ın rəhbəri :
Beynəlxalq Hüquq Eksperti : İsmayıl Zalov
ARHD.AZ İctimai siyasi media saytı’ın Baş redaktoru :
Orxan İsmayılov