“Azərbaycanın 4 erməniəsilli şəxsi Ermənistana təhvil verməsi və Ermənistanda ömürlük həbs cəzasına məhkum edilmiş 2 muzdlunun Suriyaya təhvil verilməsi bir-biri ilə əlaqəli deyil”.


“ARHD.AZ” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bəyan edib.


“Bu iki hadisənin bir-birinə aidiyyəti yoxdur. Biz, həmçinin Suriya ilə münasibətlərin inkişafı istiqamətində çalışırıq. O cümlədən ümid edirik ki, bu dostcasına qərar Suriyaya münasibətdə həmin ölkədəki erməni icması üçün əlverişli şərait yaradacaq”, - Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.


Xatırladaq ki, ötən gün Azərbaycan humanizm prinsiplərini rəhbər daha 4 erməniəsilli şəxsi – Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekçyanı Ermənistana təhvil verib.

Baxış sayı: 2 789

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə