“Venesuelada əməliyyat üçün uyğun hava şəraitini dörd gün gözlədik”.


ARHD.AZ  xəbər verir ki, bunu Venesuela əməliyyatından sonra “Fox News”a danışan ABŞ Prezidenti Donald Tramp deyib.


O, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin taleyi ilə bağlı açıqlama verib.


ABŞ lideri əməliyyatın hər anını izlədiyini bildirib:


“Hərbi rəsmilər mənə dedilər ki, yer üzündə belə bir manevr edə biləcək başqa bir ölkə yoxdur. Mən o anları sanki televiziya şousuna baxırmış kimi izlədim”. 


Tramp əməliyyatın vaxtı ilə bağlı da açıqlama verib:


“Bu, təsadüfi hücum deyildi; ən yaxşı hava şəraiti və doğru an üçün dörd gün gözlədik”.


Əməliyyatın uğurunun “böyük əsgərlər və möhtəşəm planlaşdırma” sayəsində olduğunu vurğulayan Tramp Maduronun tutulmasının Venesuela xalqı üçün böyük xoşbəxtlik mənbəyi olduğunu dilə gətirib.

Baxış sayı: 3 747

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə