İstanbul, 17 yanvar,    ARHQ.AZ




  


Azərbaycanla çoxşaxəli və strateji səviyyədə inkişaf edən əlaqələrimiz 2010-cu ildə ölkə başçıları səviyyəsində “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası” mexanizminin təsis olunması ilə zirvəyə çatdırılıb. Şuşa Bəyannaməsi ilə isə əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib. Əlaqələrin gücləndirilməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var.

Türkiyə və Azərbaycan üçtərəfli və dördtərəfli əməkdaşlıq mexanizmləri ilə yanaşı, 3+3 regional əməkdaşlıq platforması və Türk Dövlətləri Təşkilatı kimi çoxşaxəli platformalar vasitəsilə də regional sabitlik, sülh və rifaha töhfə verməkdədir.

Açıqlamada, həmçinin qeyd olunub ki, Azərbaycanın 30 ildən artıq işğal altında qalan torpaqlarında tam suverenliyini 2023-cü ildə bərpa etməsi ilə Cənubi Qafqazda davamlı sülh, sabitlik və regional rifah üçün yaranmış tarixi fürsətin qiymətləndirilməsi istiqamətində səylər sürətlənib. Türkiyə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və yaxşı qonşuluq münasibətlərinin qurulmasını arzulayır.

Bildirilib ki, Türkiyə Azərbaycanda qeyri-neft sektorlarına ən çox investisiya qoyan ölkədir və birbaşa investisiyalarının ümumi məbləği 17 milyard ABŞ dollarını ötüb. Azərbaycandan isə Türkiyəyə 21 milyard ABŞ dolları dəyərində investisiya qoyub.


ARHD.AZ  İctimai-siyasi media saytı’ın rəhbəri :

Beynəlxalq Hüquq Eksperti : İsmayıl Zalov

 

ARHD.AZ  İctimai siyasi media saytı’ın  Baş redaktoru :

Orxan İsmayılov

Baxış sayı: 6 747

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]