Bu ilin aprelində vəfat edən Roma Papası Fransisk hələ sağlığında öz vəsiyyətnaməsinə Ukraynanı daxil edib.


ARHD.az  “BILD” nəşrinə istinadən xəbər verir ki, bu barədə ispaniyalı rahibə Lusia Karam yerli radio kanallarından birinin efirində bildirib.


Karamın sözlərinə görə, pontifik döyüş ərazilərindəki tibb işçilərinə dəstək vermək üçün mirasının bir hissəsinin ayrılmasına şəxsən diqqət yetirib.


Məlumata görə, bu məqsədlə Papa fondundan ayrılacaq vəsait Ukraynanın döyüş bölgələri üçün təcili tibbi yardım avtomobillərinin alınmasına yönəldiləcək. 


Xatırladaq ki, Papa Fransisk aprelin 21-i 88 yaşında vəfat edib. O, Santa Maria Maggiore bazilikasında dəfn olunub.

Baxış sayı: 3 118

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə