Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. 


ARHD.az  xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Ali Məhkəməsinin, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Daxili İşlər və Ədliyyə nazirliklərinin nümayəndələri iştirak ediblər.


Açılış nitqi ilə Naxçıvan MR-in ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev çıxış edərək bildirib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin dövlətçilik uzaqgörənliyi, siyasi iradəsi və milli maraqlara sadiqliyinin bariz nümunəsidir. Qeyd edilib ki, Konstitusiya insan hüquq və azadlıqlarının təmin olunması, demokratik institutların formalaşdırılması və hüquqi dövlətin yaradılması baxımından müasir dövlət quruculuğumuzun əsasını təşkil edir.


Daha sonra Naxçıvan MR Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, “İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının ümumi şöbəsinin müdiri Sərxan Əkbərov, Ali Məhkəməsinin əməkdaşı Yunis Xəlilov, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr şöbəsinin, hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi Leyla Camalbəyova Heydər Əliyevin Azərbaycan Konstitusiyasının yaradılmasındakı tarixi rolunu, hüquqi islahatların əsas istiqamətlərini və Konstitusiyanın müasir dövlət quruculuğundakı əhəmiyyətini vurğulayıblar. Bildiriblər ki, Heydər Əliyevin müəyyən etdiyi hüquqi inkişaf xətti bu gün də ölkəmizin dövlət idarəçiliyi və hüquqi sisteminin əsasını təşkil edir.


Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib və tədbir yekunlaşıb.

 

Baxış sayı: 3 261

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə