Ukrayna nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla danışıqlar aparmaq üçün bu ölkəyə gedib.


ARHD.AZ  xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.


Məlumata görə, nümayəndə heyətinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa daxildir.


Bildirilir ki, tərəflər arasında Trampın irəli sürdüyü sülh planı müzakirə olunacaq. Ukrayna rəsmilərinin Floridada Uitkoffla yanaşı Trampın kürəkəni Cared Kuşnerlə də görüşəcəkləri vurğulanır.


"Bloomberg" bildirir ki, Uitkoff gələn həftə Rusiyada keçiriləcək danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

Baxış sayı: 3 161

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə