Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə bu ölkədə səfərdə olan Roma Papası XIV Leo bu gün İstanbulda Sultanəhməd məscidini ziyarət edib.


ARHD.AZ  yerli mətbuata istinadən xəbər verir ki, ziyarət zamanı ərazidə fövqəladə təhlükəsizlik tədbirləri görülüb.


Roma Papasını məscidin qarşısında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və rəsmi nümayəndə heyəti qarşılayıblar.


Bildirilir ki, dinlərarası dialoqun mühüm simvolu olan bu səfər Vatikan-Türkiyə münasibətləri üçün böyük əhəmiyyət kəsb edir.

Baxış sayı: 2 987

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə