İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycana səfər edə bilər.


ARHD.AZ  xəbər verir ki, G.Saar bu barədə “X” hesabında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündən fotolar paylaşaraq yazıb. 


“Yerusəlimdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla yenidən görüşməkdən məmnun oldum. ABŞ Prezidentin Donald Trampın Qəzza Planı və Azərbaycan-Ermənistan məsələsi ilə yanaşı, ikitərəfli və iqtisadi əlaqələrimizin dərinləşməsi barədə faydalı müzakirələr apardıq. 


2025-ci ildə israilli turistlərin Azərbaycana səfərlərində əhəmiyyətli artım qeydə alınıb və biz bu sahəni təşviq etməyə davam edəcəyik. Tezliklə Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm. Yaxın münasibətlərimizi möhkəmləndirməyə davam edəcəyik”, - paylaşımda qeyd olunub.

 

Baxış sayı: 2 326

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə