Azərbaycan və Karib Ölkələri Birliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 7 fevral,  ARHD.AZ


Fevralın 7-də Azərbaycan Respublikasının Kuba Respublikasındakı səfiri Ruslan Rzayev Karib Ölkələri Birliyi (CARICOM) yanında səlahiyyətli nümayəndə təyin edilməsi ilə bağlı məktubunu bu təşkilatın baş katibi Karla Barnetə təqdim edib.

Ölkəmizin Kubadakı səfirliyindən  ARHD.AZ -a bildiriblər ki, görüşdə Azərbaycan və CARICOM arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

CARICOM-un baş katibinin, eləcə də üzv ölkələrdən yüksəksəviyyəli nümayəndə heyətlərinin COP29-da fəal iştirakı, konfrans çərçivəsində həyata keçirilmiş ikitərəfli görüşlər, o cümlədən CARICOM-un öz stendi ilə COP29 pavilyonunda təmsil olunması məmnunluqla qeyd edilib.

Görüşdə CARICOM-un üzv ölkələri də daxil olmaqla, Azərbaycan tərəfindən kiçik ada dövlətlərinə göstərilən humanitar yardımlara toxunulub. Azərbaycan ilə CARICOM-a üzv dövlətlər arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın təşviq edilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan tərəfinin CARICOM-la əməkdaşlığa göstərdiyi marağın yüksək qiymətləndirildiyini və istər CARICOM təşkilatı ilə birbaşa, istərsə də üzv dövlətləri ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dəstək göstərməyə hazır olduqları bildirilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 3 441

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]