Bakı, 16 yanvar,  ARHD.AZ


 

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya arasında görüş keçirilib.

Nazirlikdən  tərəflər ikitərəfli iqtisadi əlaqələrin inkişafının önəmini vurğulayaraq, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu” imzalanıb.

Sənəd Azərbaycan və Latviya vergi orqanları arasında məlumat mübadiləsinin daha səmərəli və effektiv təşkili, vergi sahəsində təcrübə mübadiləsi kimi məsələləri nəzərdə tutur. Memoranduma əsasən tərəflər vergi borclarının ödənilməsi, vergidən yayınma halları ilə mübarizədə qarşılıqlı əməkdaşlıq edəcək.


ARHD.AZ  sosial media saytı’ın rəhbəri :

Beynəlxalq Hüquq Eksperti : İsmayıl Zalov

 

ARHD.AZ  sosial media saytı’ın  Baş redaktoru :

Orxan İsmayılov



Baxış sayı: 3

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]