Bakı, 2 fevral, ARHD.AZ

 

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

ARHD.AZ xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi “X”dakı hesabında məlumat yayıb.

Bildirilib ki, görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.

İran Prezidenti Məsud Pezeşkian salamlara və dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Baxış sayı: 5 451

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə