stanbul, 15 yanvar, Günel Karatepe,  ARHD.AZ


 

Suriya ilə bağlı sanksiyalar ləğv edilməlidir. Bu, ölkədə normallaşma prosesini sürətləndirəcək. 12 illik fasilədən sonra ötən ay Türkiyənin Dəməşqdəki səfirliyi açıldı. Hələbdəki Baş konsulluğumuz isə yanvarın 20-də fəaliyyətə başlayacaq.

 Xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan Suriyadakı yeni hökumətin xarici işlər naziri Əsaad Həsən əl-Şibani ilə mətbuata birgə açıqlamasında ifadə edib.

Yeni Suriyada PKK/YPG və İŞİD kimi terror təşkilatlarına yer olmadığını vurğulayan Hakan Fidan deyib: “Suriya hakimiyyətinə İŞİD-lə mübarizə mövzusunda əməliyyat dəstəyi təklif etdik. Kəşfiyyat məlumatlarının paylaşılmasından hərbi iştiraka qədər bu sahədəki imkanlarımızı istifadə etməyə hazırıq. Yeni hökumətin terrorla mübarizə sahəsindəki əzmkarlığından məmnunuq. Suriyada yeni bir səhifə açılıb. Ölkənin yeni rəhbərliyi və dünya ictimaiyyətinin bu fürsətdən düzgün istifadə etməsi vacibdir. Suriyada bütün dini, etnik və məzhəb qruplarının artıq qucaqlaşmalarının vaxtı çatıb”.

Suriya ilə Türkiyənin yeni bir tarix yazdığını vurğulayan Əsaad Həsən əl-Şibani yeni hökumətin Suriya torpaqlarının Türkiyəyə qarşı təhdid yaratmaqdan çıxarılmasının vacibliyinə inamını ifadə edib.

“Ərazi bütövlüyümüz çox vacibdir. Bütün torpaqlarımızın eyni çətir altında birləşməsini istəyirik”, - deyə diplomat vurğulayıb.

Xatırladaq ki, Suriyadakı yeni hökumətin xarici işlər naziri Əsaad Həsən əl-Şibaninin rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyəti Türkiyədə səfərdədir.

Əsaad Həsən əl-Şibani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb.


 
ARHD.AZ  sosial media saytı’ın  Baş redaktoru :
Orxan İsmayılov

Baxış sayı: 1 356

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]