Bakı, 31 yanvar, ARHD.AZ


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 112 işsiz şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslara cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, kurslar Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı mərkəzlərində təşkil olunub.

Müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuranların işlə təminatı da həyata keçiriləcək.

Ümumilikdə hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə hazırlıq kursları fəaliyyət göstərir.

Baxış sayı: 5 643

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə