Bakı, 29 yanvar, ARHD.AZ

 

Yanvarın 29-da bələdiyyə seçkilərinin başlandığı səhər saatlarından 7 saylı Səbail rayon seçki dairəsinin 2 saylı seçki məntəqəsində də fəallıq var idi.

ARHD.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu seçki məntəqəsinə gələrək səs verib.

Məntəqədə 1332 seçici qeydiyyata alınıb.

Qeyd edək ki, 685 bələdiyyəyə 8071 üzv seçmək üçün Azərbaycan seçiciləri öz hüquqlarından istifadə edirlər.

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı 16 min 238 nəfərdir. Seçki bülletenlərinə 16 min 92 nəfərin adı daxil edilib.

Hazırda Azərbaycanda bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 70 min 625 yerli müşahidəçi akkreditasiyadan keçib.

Baxış sayı: 6 320

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə