Azərbaycan Respublikası bütün ərazisi üzrə müşahidəçi 
ARHD.AZ saytının rəhbəri
Beynəlxalq Hüquq Eksperti 
İsmayıl Zalov
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində iştirak etmiş və müşahidələr aparmışdır. Bakı şəhəri, Sumqayıt və Abşeron yarımadasında məntəqə də iştirak edərək öz qeydlərini aparmışdır :

"Seçicilər bələdiyyə seçkilərində fəal şəkildə iştirak edirlər. Doğrudur, səhər saatlarında seçici fəallığı bir az aşağı idi. Amma hazırda seçicilərin fəallığının artdığı müşahidə olunur. Seçki prosesi son dərəcə şəffaf və obyektiv şəkildə keçirilib. Həm müşahidəçilərin, həm də medianın fəaliyyətinə lazımi şərait yaradılıb və hər şey göz önündə olub. Məntəqələrin açılışı, seçkinin yekunlaşması və səslərin hesablanması prosesləri müşahidəçilər tərəfindən rahatlıqla izlənilib.  Seçkilər son dərəcə ədalətli təşkil edilib və əvvəlki seçkilərdən fərqli olaraq seçki pozuntuları minimum səviyyədə olub.

 Seçkinin ilk dəqiqələrindən etibarən seçicilər arasında əsasən qadınların və yaşlı təbəqənin fəal iştirakı müşahidə olunub. Müşahidəçilərimiz tərəfindən ümumi olaraq Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, seçki hazırlığı və təşkilatçılığı yüksək qiymətləndirilir. Seçkinin şəffaf şəkildə həyata keçirildiyini vurğulayıb: "İnsanlar öz vətəndaş məsuliyyətini çox gözəl dərk edir və bunu görmək doğrudan da sevindiricidir. Çünki bu da müstəqilliyin bir əlamətidir. Seçicilər bununla seçimlərinə, dövlətimizə güvəndiklərini göstərirlər".

Baxış sayı: 5 441

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]