Tbilisi, 28 yanvar,  ARHD.AZ


 

Gürcüstanda Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinə və üzvlərinə xidməti odlu silah gəzdirməyə icazə veriləcək.

ARHD.AZ xəbər verir ki, bununla bağlı qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatları tərəfindən parlamentə təqdim olunub.

Layihəyə əsasən MSK üzvləri “Silah haqqında” Qanuna düzəlişlə öz səlahiyyətlərini həyata keçirmək üçün xidməti silah gəzdirmək hüququna malik şəxslərin siyahısına əlavə ediləcək.

Bundan başqa, son 4 il ərzində vəzifəsini fasiləsiz icra etmiş MSK üzvləri səlahiyyət müddəti başa çatdıqdan sonra da özünümüdafiə məqsədilə idman xarakterli odlu silah gəzdirə biləcəklər.

Baxış sayı: 3 464

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə